- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

17-18 noyabrda Qazaxıstanın Almatı şəhərində yunan-Roma güləşi üzrə Turluxanov kuboku yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda millimiz də iştirak edəcək.
Baş məşqçi Şaban Donat heyətə Sakit Quliyev (60 kq), Kamran Məmmədov, Orxan Eyvazov (hər ikisi 67 kq), Həsən Əliyev (77 kq) və Nəzərşah Fətullayevi (87 kq) daxil edib.
Görüşlərin idarə edilməsində 3-cü dərəcəli beynəlxalq hakim Elgün Məmmədov yer alacaq.