Yunan-Roma güləş millimizin Göygöl toplanışı davam edir

Yunan-Roma güləş yığmamız iyulun 14-dən Göygöl olimpiya idman kompleksində təlim-məşq toplanışı keçir. Allsport.az saytı xəbər verir ki, hazırlıq baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədovla Turac Hüseynli, eləcə də gənclərdən ibarət millimizin böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi ilə həm əsas, həm də gənclərdən ibarət komandanın üzvləri iştirak edir.

Həm açıq, həm də qapalı məkanlarda baş tutan məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəldilib. Təlim-məşq toplanışı iyulun 31-dək davam edəcək. İlin əsas sınağı sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda lisenziya xarakterli dünya çempionatıdır.

Buna qədər yığma üzvləri avqustda Rumıniya və Gürcüstanda təşkil olunacaq beynəlxalq turnirlərdə qüvvələrini sınayacaqlar. Gəncləri isə gələn ayın ortalarında Estoniyanın paytaxtı Tallində baş tutacaq dünya birinciliyi gözləyir.

Həmin kateqoriyadan