- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Yunan-Roma güləşi yığmamızın Göygöl olimpiya idman kompleksində təlim-məşqi başlayıb.
Allsport.az saytı xəbər verir ki, iyunun 1-dək davam edəcək hazırlıqda baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi ilə Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi – 55 kq), Murad Bazarov, Murad Məmmədov, Sakit Quliyev (60 kq), Taleh Məmmədov, Mikayıl Rəhmanov, Elvin Mustafayev (63 kq), Kərim Cəfərov, Elman Muxtarov, Nofəl Babayev, Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov, Rəsul Çunayev (72 kq), Həsən Əliyev, Ruhin Mikayılov (77 kq), Eltun Vəzirzadə, Elməddin Ramazanov, İslam Abbasov (87 kq), Arif Niftullayev, Orxan Nuriyev, Zamir Məhəmmədov (97 kq) və Oyan Nəzəriani (130 kq) iştirak edirlər.
Komanda gündə 3 dəfə məşq edir. Toplanışı gələn ay Minskdə keçiriləcək 2-ci Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.