- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan güləş federasiyasında yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin iştirakıyla iclas keçirilib.
Allsport.az saytı xəbər verir ki, AGF-nin prezident əvəzi Namiq Əliyev, federasiyanın baş katibi Orxan Məmmədov, vitse-prezidenti Elçin Cəfərov və idman şöbəsinin müdiri Yaqub Məmmədovun da tədbirdə iştirak edib. Sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatının yekunları müzakirə olunub. Yunan-Roma güləşində nəticələrin qənaətbəxş olmadığını dilə gətirən Namiq Əliyev bu səbəbdən məşqçilər korpusunda dəyişiklik edilməsinə qərar verildiyini bildirib.
Beləliklə, türkiyəli baş məşqçi Şaban Donat istefaya göndərilib. Namiq Əliyev çıxış edərək Tokio olimpiadasına 10 ay vaxt qaldığını və bu müddət ərzində komandanı hazırlayıb, mart-aprel aylarında keçiriləcək lisenziya turnirlərində olimpiya oyunlarına vəsiqə qazanmağın əsas məqsəd olduğunu dilə gətirib. AGF-nin rəhbəri bu istiqamətdə federasiya tərəfindən yığmamıza hər bir şəraitin yaradılacağını da bildirib.