- Baxış sayı: 308
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Yunan-Roma güləşi üzrə yığmamızın Göygöl olimpiya idman kompleksində təlim-məşq toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, aprelin 24-dən startı verilən hazırlıqda baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli, eləcə də gənclərin böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi ilə 30-a yaxın güləşçi iştirak edir.
Aralarında gənclərin də yer aldığı geniş heyət gündə 3 dəfə məşq edir. Gündüz fiziki hazırlığa diqqət yetirilirsə, axşam əsasən taktiki-texniki çalışmalara üstünlük verilir.
Xatırladaq ki, Göygöl toplanışı mayın 8-dək davam edəcək. Sonra millimiz mayın 10-dan 12-dək Ukraynada beynəlxalq turnirə mübarizə aparacaq.