Yunan-Roma güləşçilərimiz mükafat üçün Rusiyadan Fransaya üz tutdu

Yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə qran-pri keçiriləcək.

Allsport.az xəbər verir ki, ənənəvi yarışın proqramına əsasən, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Qran-pridə ölkəmizi “klassiklər” təmsil edəcəklər. Yanvarın 2-dən Rusiyanın Saransk şəhərində təlim-məşq toplanışı keçən millimiz sabah Fransaya yollanacaq.

Nitsada baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi – 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah ŞəriətiBeka Kandelaki (130 kq) qüvvəsini sınayacaq.

Turnirdə 3-cü dərəcəli beynəlxalq hakim Əli Babayev ədaləti qoruyacaq.

Həmin kateqoriyadan