- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Yunan-Roma güləşçilərimiz yanvarın 5-dən İstanbulda təlim-məşq keçir. Allsport.az saytı xəbər verir ki, Türkiyə yığmasıyla birgə toplanış ayın 16-dək davam edəcək.
Məşqlər Sarıyer rayonunda yerləşən “Mərsinli Əhmed” adına təlim-məşq mərkəzindədir. Komandamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
Millimiz toplanışı başa vurduqdan sonra, Fransanın Nitsa şəhərinə yollanaraq, ilin ilk beynəlxalq sınağı, Henri Deqlan qran-prisində iştirak edəcək.