Yunan-Roma güləşçilərimizin İstanbul sınağı

1-3 fevralda İstanbulda yunan-Roma güləşi üzrə Vəhbi Əmrə və Həmid Qaplanın xatirəsinə yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ənənəvi sınaqda baş məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə ölkəmizi 10 bahadır təmsil edəcək.

Bunlar Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov, Elman Muxtarov (hər ikisi – 67 kq), Rüstəm Əliyev (72 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Oyani Nəzərianidir (130 kq)

Görüşlərin idarə olunmasında 2-ci dərəcəli beynəlxalq hakim Vüqar Şükürov yer alacaq.

Həmin kateqoriyadan