Yunan-Roma güləşçlərimiz Bakıda hazırlaşır

Yunan-Roma güləşçlərimiz paytaxtda toplaşıb. Allsport.az saytı xəbər verir ki, fevralın 10-da start götürən hazırlıq prosesi ayın 23-dək davam edəcək. Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi ilə gündə 2 məşq keçir.

Proses əsasən taktiki-texniki çalışmalardan ibarətdir. Olimpiya güləş mərkəzində TMT qarşıdan gələn məsul yarışlara hazırlıq xarakteri daşıyır. Komandamızın ilk sınağı reytinq turniri olacaq.

Fevralın 24-27-si aralığında İstanbulda Vəhbi Əmrə turnirində mübarizə aparacaq. Yığmamız üçün əsas yarışlar isə marta təsadüf edəcək. Gələn ayın əvvəllərində (7-13 mart) Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcəksə, ayın sonunda (28 mart – 3 aprel) Macarıstanın paytaxtı Budapeştdə ustaların analoji yarışına start veriləcək.

Həmin kateqoriyadan