Yunis Hüseynov: “Hakimlikdən çox narazı qaldım”

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik, nəticəyə görə təəssüflənirik. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq. Mən əvəzedici heyətdə 90 dəqiqə meydanda olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim.

Artıq Premyer Liqada 14-cü tur geridə qalır. İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydanda özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi”.

Həmin kateqoriyadan