- Baxış sayı: 72
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Matçın ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq, 3 xal qazanmaq istəyirdik. İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq. Bütün bunlara baxmayaraq, gənc futbolçular toparlandılar və 1 xal qazandılar. Qarşıda ağır oyunlarımız var. Həmin qarşılaşmalara hazırlaşacağıq”.