- Baxış sayı: 19
- 25 Noyabr 2024 12:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bilirsiniz ki, “Neftçi” və “Xəzər Lənkəran” oyunları çətin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Skarlatake zədəli olsa da, meydana çıxmışdı. Heyətimizdə gənc oyunçularımız var. Matçın gedişində səhvlər edirdik. Buna baxmayaraq, vuruşub 1 xal qazandıq. Ola bilər ki, səhv edirəm. Amma mən düşünürəm ki, Skarlatake ikinci sarı vərəqə almazdan öncə topa oynamışdı. Sözsüz ki, bu, mənim fikrimdir. Yəqin ki, epizoda baxıb, qiymət verəcəklər. Bir məsələyə də toxunmaq istəyirəm. “Neftçi”nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz bir hərəkət etdi. Qapıçımız Orxan Sadıqlı zədədən qayıdıb, dizindən əməliyyat olunub. Dizində ağrılar hiss etdi və topu meydandan çıxardı. Amma Erik topu bizə qaytarmadı. “Neftçi”yə və peşəkar oyunçuya yaraşan hal deyil. Erik həmişə belə hərəkətlər edib. Fasilə zamanı baş hakim Rəhim Həsənova yaxınlaşıb xahiş etdim ki, Ramosun hərəkətlərinə diqqət yetirsin. Artıq bu oyunu unutmalıyıq. Bizim zədəli oyunçularımız var. Qarşıda isə çətin oyunlar bizi gözləyir”.