Yunis Hüseynov: “Oyuna heç də yaxşı əhval-ruhiyyədə çıxmamışdıq”

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Fasilədən sonra keçirilən ilk oyunda azarkeşlərimiz bizi dəstəklədilər. Oyuna heç də yaxşı əhval-ruhiyyədə çıxmamışdıq. Bildiyiniz kimi, məlum səbəblərə görə yeni transferlərimizi oynada bilmədik. Adrian Skarlatake və Elşən Rzazadə cəza səbəbindən meydana çıxa bilmədilər. Gənc oyunçularımız isə döyüşdülər. Çalışacağıq ki, həmin gənclərlə qışa qədər vacib oyunları layiqli şəkildə oynayaq. Heyətimiz çox kasaddır. Hətta əvəzetmələr edə bilmirdim. Düşünürəm ki, vaxt keçdikcə yaxşı olacaq. Hər oyun futbolçunun təcrübəsinin artması deməkdir. Vurğulayım ki, komandanı toplamaqda əziyyət çəkmişdik. Çox istəyirdim ki, həmin o kollektivlə “Qarabağ”a qarşı oynayaq. Bax o zaman “Xəzər Lənkəran”ın necə komanda olduğunu görərdiniz. Təəssüflər olsun ki, belə alındı”.

Həmin kateqoriyadan