«Yuqra» qalib gəldi, Rındin ən yaxşı oldu

 

Milli basketbolçumuz Aleksandr Rındinin şərəfini qoruduğu «Universitet-Yuqra» Superliqanın 18-ci turunda doğma divarlar arasında «Ryazan» klubunu qəbul edib.

Allsport.az saytı xəbər verir ki, qeyri-sabit mövsüm keçirən «tələbələr» bu görüşdə qalib gəlməyi bacarıblar. Ev sahibləri qonaqları 7 top fərqi ilə məyus edib – 83:76.

Bu mübarizədə həmyerlimiz ən yaxşılardan olub. O, komanda yoldaşları arasında ən çox, 20 xal qazanıb, 6 götürmə və 1 ötürmə edib.

«Universitet-Yuqra» hazırda ölkə çempionatında 28 xalla 6-ci yerdədir.

Həmin kateqoriyadan