- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 121
- Noyabr 25, 2024
- 0
Ukraynanın “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub “Qəbələ”də çıxış edən oğlu Vitalinin bu komandadakı çıxışı və gələcək aqibəti barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Vitali “Qəbələ”ni tərk etməyi arzulayırmı? O, arzulamadığını deyir. Amma mənə elə gəlir ki, arzulayır. Mənim fikrimi bilmək istəyirsinizsə, o, oynamaq istəyən futbolçudur. Amma indi az oynayır. Fikrimcə, bu da ona təsir edir. Mümkündür ki, mövsümün sonunda geri qayıtsın.
Özünə də demişəm ki, “istəsən, qayıt”. Qayıtsa, yenidən onunla birə çalışmaqdan şad olaram. Onun futbolçu kimi necə səviyyəli olduğunu bilirəm. Bunu oğlum olduğuna görə demrəm. Bir idmançı kimi onunla çalışmaq mənə xoşdur. Fikrimcə, “Zarya” üçün az faydası olmaz”.