- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Yuventus” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.
Allsport.az xəbər verir ki, “qoca sinyora”nın bu mövqeyə əsas namizədi “İpsviç”dən Liam Delapdır. Turinlilər ingilis futbolçu üçün qarşı tərəflə danışıqlara başlamaq niyyətindədir.
21 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Delap cari mövsüm ərzində keçirdiyi 12 oyunda 6 qol və 1 məhsuldar ötürməylə yadda qalıb.