- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 137
- Fevral 06, 2026
- 0

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike açıqlama verib.
Allsport.az xəbər verir ki, ispan futbolçu 2007-ci ildə “Yuventus”un onunla maraqlandığını, lakin Kataloniya klubunda oynamaq arzusunda olduğunu bildirib:
“Bəli, “Yuventus” mənimlə 2007-ci ildə maraqlanırdı. Onlar “Barselona” ilə eyni vaxtda təklif göndərmişdilər, amma mən öz arzuladığım komandaya keçdim. O vaxt “Yuventus” çox güclü klub idi, amma “Barselona” mənim bütün həyatım idi. Mən sadəcə ora getmək istəyirdim”.
Pike 2008-2022-ci illərdə “Barselona”da çıxış edib.