- Baxış sayı: 232
- 02 Dekabr 2025 12:37
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

13–15 noyabrda Azərbaycan kdman akademiyasının stadionunda tarixi qələbənin 5 illiyinə həsr olunmuş kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək. Allsport.az xəbər verir ki, yarış Azərbaycan kamandan oxatma federasiyasının təşkilatçılığı, gənclər və idman nazirliyinin və Azərbaycan idman akademiyasının dəstəyi ilə reallaşacaq.
Turnirdə ölkənin müxtəlif bölgələrindən olan 18 yaşadək gənc oğlan və qız idmançılar iştirak edəcəklər. Yarışlar 60 metr məsafədə fərdi qaydada keçiriləcək. Turnirin əsas məqsədi gənc oxatanlar arasında bu qədim və zərif idman növünün təbliği, istedadlı idmançıların müəyyənləşdirilməsi və onların beynəlxalq yarışlara hazırlıq səviyyəsinin artırılmasıdır.
Proqrama əsasən:
13 noyabr – təsnifat mərhələsi;
14 noyabr – yarışların ilk günü;
15 noyabr – final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək.
Turnir çərçivəsində idmançılar fərdi bacarıqlarını sınaqdan keçirəcəklər.
Qaliblər diplom və medallarla təltif olunacaqlar.