Zaqrebə 15 cüdoçu ilə

Beynəlxalq cüdo federasiyasının təqviminə əsasən, 14–16 noyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə qran pri turniri keçiriləcək.

Allsport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət komandanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Əminə Əbdüllətifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 49 ölkədən 398 idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

60 kq

Hüseyn Allahyarov

Murad Muradlı

66 kq

İslam Rəhimov

Nazir Talıbov

73 kq

İbrahim Əliyev

Rüfət Şövlətov

81 kq

Vüsal Qələndərzadə

90 kq

Aslan Kotsoyev

Vüqar Talıbov

100 kq

Əjdər Bağırov

+100 kq

Camal Qamzatxanov

Kənan Nəsibov

Qadınlar

48 kq

Könül Əliyeva

52 kq

Aydan Vəliyeva

Gültac Məmmədəliyeva

Həmin kateqoriyadan