- Baxış sayı: 197
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Avropa voleybol konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Allsport.az xəbər verir ki, Hacıyev 27-29 iyunda Tbilisidə keçirilən Avropa gümüş liqası oyunlarını idarə edəcək.
O, kişi voleybolçuların Gürcüstan, Farer adaları və Lüksemburq milli komandalarının qarşılaşmalarında hakim olacaq.
Bu mərhələdə Zaur Hacıyevlə yanaşı, almaniyalı Mahmud Alburdeini və gürcüstanlı Mixeil Guniava da oyunları idarə edəcəklər.