- Baxış sayı: 31
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0
Bu gün millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» doğma divarlar arasında «Suxumi»ni qəbul edib. Gərgin keçən görüşdə həmyerlimizin komandası 94:82 hesabı ilə qalib gəlib.
Bu matçda Zaur Paşayev ən yaxşı olub. O, heyətdə ən çox, 23 xal qazanıb; 12 ötürmə verib və 3 götürmə edib. 8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 11 oyundan sonra 19 xalla 1-3-cü yeri bölüşdürür. «Dinamo» digər 2 komanda ilə müqayisədə 1 görüş az keçirib.