- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0
Millimizin basketbolçusu Zaur Paşayevin formasını geyindiyi «Kutaisi 2010» klubu, dünən Gürcüstanın ölkə kubokunda növbəti oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» gərgin keçən görüşdə «Polis Akademiya»sına 93:88 hesabı ilə qalib gəlib.
Bu görüşdə həmyerlimiz «Kutaisi»yə 15 xal qazandırıb. Bundan əlavə, Zaur 9 assist, 7 “götürmə” edib. Zaurun komandası bu qələbə sayəsində yarımfinala fəsiqə qazanıb. Finala gedən yolda «Kutaisi» yanvarda Tiflis «Dinamo»su ilə qarşılaşacaq.