- Baxış sayı: 49
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0
Bu gün millimizin basketbolçusu Zaur Paşayevin formasını geyindiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» doğma divarlar arasında «Rustavi»ni qəbul edib. Gərgin keçən görüşdə həmyerlimizin komandası 106:99 hesabı ilə qalib gəlib.
Bu qarşılaşmada da Zaur Paşayev ən yaxşılardan olub. O, 26 xal qazanıb, 5 ötürmə verib, 2 götürmə edib. 8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 17 xalla 3-4-cü yeri bölüşdürür.