Zaur Svanadze: İndi biz daha çox çempionat oyunlarına köklənmişik

“İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 32-ci turunda “Sumqayıt”a qarşı keçirəcəkləri oyun öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, klub saytına bunları deyib:

“Sumqayıt”la oyuna hazırlıq prosesi normal keçir. İndi biz daha çox çempionat oyunlarına köklənmişik və qarşıdakı tur “Qarabağ”la keçirdiyimiz son ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. “Sumqayıt” yaxşı komandadır və bizi gərgin matç gözlədiyini anlayırıq.

Sezar Meza Kollinin və Kamran Ağayevin “Sumqayıt”la oyuna çıxmaları hələlik, sual altındadır. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər”.

Həmin kateqoriyadan