Zaur Svanadze: “Atletik”ə qalib gəlsək, qəhrəmana çevriləcəyik”

Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın “Atletik” klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, Bilbaoda keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bilbaoda olmaqdan məmnunuq. “Atletik” yaxşı komandadır. Rəqibi analiz etmişik. Komandaların şanslarını faizlə dəyərləndirmək çətindir. Amma biz layiqli oynamağa çalışacağıq”.

“Atletik”in heyətində yaxşı futbolçular çoxdur. Qələbə qazansaq, qəhrəmana çevriləcəyik. Uduzacağımız halda isə heç kim bizi mühakimə etməyəcək. Pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna nə dərəcədə gücümüzün çatacağını oyun göstərəcək”.

“İnter”in maliyyə problemləri var idi. Ümid edirik ki, bundan sonra vəziyyət yaxşıya doğru dəyişəcək. Ötən mövsümkü komandadan hazırda 2-3 futbolçumuz qalıb. Problemlərə baxmayaraq, futbolçularımızın hamısı peşəkardır və onlardan nə gözlənildiyini bilirlər. Bakıdan yaxşı nəticə ilə qayıtmağa çalışmalıyıq. Bu mövsüm cəmi dörd rəsmi oyun keçirmişik. Halbuki, komanda tam hazırlıq dövrü keçə bilməyib”.

Həmin kateqoriyadan