- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın “Atletik” klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“Atletik” layiqli qələbə qazandı. Biz nə bacarırdıqsa, onu da göstərdik, amma rəqib çox güclü idi. Bəzi futbolçularımız ilk dəfə idi ki, belə stadionda oynayırdı. Fikrimcə, onlar özlərini layiqli şəkildə göstərə bildilər. “Atletik”in ifasında isə gözlədiyimiz oyunu gördük. Növbəti mərhələyə vəsiqə qazanmaq artıq çox çətin olacaq. Amma cavab görüşündə daha yaxşı, layiqli oynamağa çalışacağıq. Bizdə meydança süni örtüklüdür və Bakıda hazırda 40 dərəcəyə yaxın isti var. Ona görə də cavab görüşü tam fərqli keçəcək. Meydana beş müdafiəçi ilə çıxmağımız normaldır. Qolsuz heç-heçəyə ümid edirdik. Amma rəqibin cinah oyunçuları hücumlara qoşulmaqla bizim planlarımızı alt-üst etdilər”.