- Baxış sayı: 25
- 25 Noyabr 2024 14:15
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu bizim ən çətin oyunumuz idi. Hətta avrokuboklarda bizə belə çətin deyildi. Sevinirəm ki, qələbə qazandıq. İlk hissədə çox pis oynadıq. İkinci hissədə toparlanıb, daha yaxşı çıxış etdik. “Qarabağ”la çətin oyun öncəsi Dieqonun qırmızı vərəqə alması yaxşı hal deyil. “Kəpəz” komandası çox gözəl çıxış etdi. Onlara uğurlar arzulayıram”.