Zaur Svanadze: “Oyundan və nəticədən razıyam”

“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Mən oyundan və nəticədən razıyam. Heyətimizdə bəzi problemlər vardı. Rauf Əliyev zədə səbəbindən oyunda iştirak edə bilmirdi. İvan Benites və Səlahət Ağayevin də problemləri var. AzAL kimi komanda ilə oynamaq çətindir. Bütün bunlara baxmayaraq, yaxşı nəticə qazandıq və çox sayda qol epizodları yaratdıq. Çalışacağıq ki, növbəti oyunlarda da qələbələr əldə edək”.

Həmin kateqoriyadan