- Baxış sayı: 66
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 150
- Dekabr 05, 2025
- 0

“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bizim heyətlə bağlı problemlərimiz var. Zədəli, cəzalı oyunçularımız az deyil. “Sumqayıt”dan xal almağımız bizim üçün uğurlu sayıla bilər. Problemlərin fonunda xal götürmək sevindiricidir. Meydançada olan Elnur Abdullayev və Denis Silvanın da zədə ilə bağlı problemləri olsa da, meydançada idilər. Qapıçı Elşən Poladov bir neçə epizodda bizi xilas elədi. Oyun alınmayanda alınmır. Əgər qələbə yoxdursa, heç-heçə də normaldır”.