“Zenit” Luis Enrikeyə qiymət qoydu

“Zenit” braziliyalı hücumçusu Luis Enrikeni satmağa qərar verib.

Allsport.az xəbər verir ki, Rusiya təmsilçisi 25 yaşlı vinger üçün 40 milyon avro tələb edir.

Artıq Braziliyanın “Palmeyras” klubu futbolçu üçün 30 milyon avro təklif etsə də, peterburqlular bu rəqəmi yetərsiz hesab edərək geri çeviriblər. 2025-ci ilin yanvarında 33 milyon avroya “Botafogo”dan transfer edilən Enrikenin hazırkı bazar dəyəri 24 milyon avro qiymətləndirilsə də, klub rəhbərliyi satışdan mənfəət əldə etmək niyyətindədir.

Luis Enrike “Zenit”in heyətində keçirdiyi 39 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

Həmin kateqoriyadan