- Baxış sayı: 64
- 22 Yanvar 2026 15:18
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

“Zenit” basketbol klubu Rostislav Verqunun baş məşqçi vəzifəsini müvəqqəti icra edəcəyini açıqlayıb.
Allsport.az xəbər verir ki, belaruslu mütəxəssis Sankt-Peterburq təmsilçisi ilə mövsümün sonunadək köməkçi məşqçi müqaviləsi imzalasa da, sloveniyalı Aleksander Sekuliç istefaya göndərildiyi üçün komandaya müvəqqəti rəhbərlik edəcək.
Rostislav Verqun bundan əvvəl “Uralmaş”ı çalışdırıb və onun rəhbərliyi altında Yekaterinburq klubu 2024/25 mövsümündə Rusiya kubokunun qalibi olub. Hazırda “Zenit” liqada 14 qələbə və 8 məğlubiyyətlə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.