- Baxış sayı: 70
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

Topaz Premyer Liqasında 2015/16 mövsümünün yeni rekordu qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, rəqib meydanında “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Zirə” çempionatın ən böyük hesablı səfər qələbəsini qazanıb.
Bunadək rəqib meydanında qazanılan yeganə böyükhesablı qələbə də “Rəvan”la matça təsadüf etmişdi. Ötən il sentyabrın 25-də “Qəbələ” səfərdən 3 cavabsız qolla dönmüşdü. Mövsümün digər 9 böyük hesabı isə meydan sahiblərinin qələbəsi ilə rəsmiləşib.
Bu, həm də “Zirə”nin Premyer Liqadakı ən böyük fərqlə qalib gəldiyi matç olub. Bunadək yalnız 1 belə qələbəsi olan paytaxt klubu evdə “Neftçi”ni 3 top fərqilə udmuşdu – 3:0. Səfərdə ilk dəfə böyük hesabla qalib gələn “Zirə” bu dəfə daha məhsuldar olub.