- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Serbiyanın paytaxtında U-23 dünya çempionatında sərbəst güləşçimiz Zirəddin Bayramov (65 kq) bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, Belqradda çıxışını belə dəyərləndirib.
“Dünya çempionatından əvvəl Xasavyurdda təlim-məşqdə olduq. Ciddi şəkildə yarışa hazırlaşdım. Hədəfim ancaq çempionluq idi. Rusiya güləşçisi ilə görüşdə ani boşluq nəticəsində rəqibə xal verdim və minimal fərqlə məğlub oldum.
Buna baxmayaraq, şükürlər olsun ki, 3-cü yerə çıxa bildim. Şəxsi məşqçimə, millimizin məşqçilər korpusuna və federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”.