- Baxış sayı: 68
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 175
- Dekabr 05, 2025
- 0

“Azərbaycan futboluna uyğunlaşmaq üçün iki dəfə çox çalışıram. Bu da mənim çox xoşuma gəlir”. Allsport.az saytı xəbər verir ki, bunu “Zirə”nin hücumçusu Nelson Bonilla deyib. Ölkə çempionatının 29-cu turunda “Rəvan”la (4:0) qarşılaşmada het-trik edərək qollarının sayını 13-ə çatdıran 26 yaşlı hücumçu, ölkəsi Salvadorun radiolarından birinə açıqlama verib. Çempionatımızın bombardiri “Zirə” ilə medal qazanmaq arzusunda olduğunu bildirib:
“Yaxşı kollektivimiz var. Hazırda çempionatda 2-ci pillədə qərarlaşmışıq. Məqsədimiz mövsümü medalçılar sırasında bitirməkdi. Bunun üçün əlimdən gələni edəcəm. Baş məşqçimiz də mənə çox güvənir”. Salvador millisinin forvardı artıq təkliflər aldığını da gizlətməyib: “Doğrudur, təkliflər var. Bunu normal hesab edirəm. Amma rəsmi heç nə yoxdur. İndi bütün diqqətimi çempionatın qalan oyunlarına yönəltmişəm”.