- Baxış sayı: 33
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 55
- Noyabr 21, 2024
- 0
“Zirvə-Astara” komandası FİBA-nın təşkilatçılığı ilə Avropa zonasında 3×3 basketbolu dünya turunda iştirak edib. Allsport.az saytı xəbər verir ki, heyətdə Amil Həmzəyev, Anar Hacıyev, Şərif Uilyams və Marşal Obrian Mozes yer alıblar. Artıq debütant ilk böyük qələbəsini qazanıb. İsveçrənin Sürix şəhərində keçirilən yarışda komandamız 6 görüşün hamısında fərqlənib.
“Zirvə-Astara” klubu “Giannis”-i 13:12, “Fulda Basket”i 18:16-ı yenərək, “F” qrupundan 1-ci yerlə çıxıb. Pley-ofda öncə, “Endgame”-i 20:12, sonra “Noname” 15:6, ardınca “Yakitori” 18:13 məğlub edilib. Finalda Azərbaycan təmsilçisi “Fulda Basket”i 18:15 yenidən yenərək, qalib olub. Bununla yanaşı, basketbolçumuz Anar Hacıyev 3-lük atışında fərqlənib.