Ziya Rəcəbov: “Neftçi”ni məğlub etmək istəyirik”

Kişi voleybolçuların superliqasının 2-ci turunda “Sərhədçi” U-18 komandasına qalib gəlib – 3:0 (25:18, 25:8, 25:20). Allsport.az saytı xəbər verir ki, oyundan sonra qalib komandanın baş məşqçi Ziya Rəcəbov bunu deyib:

“Uşaqlardan hələ tam razı deyiləm. Çünki hələ 10 gündür ki, məşqlərə başlamışıq. Səhvlərimiz çoxdur. Çalışırıq ki, onları aradan qaldıraq. Bu gün ikinci setdə minimal səhvə yol verdiyimizdən arada böyük fərq oldu.

Digər setlərdə isə tam istədiyimiz kimi oynaya bilmədik. Əsas problem anlaşma ilə bağlıdır. İnşallah, bir həftə daha yaxşı hazırlaşıb, “Neftçi”ni məğlub etmək istəyirik”.

 

Həmin kateqoriyadan