Zubirin 200-cü oyunu

Abdullah Zubir premyer liqada 200-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan premyer liqasının XV turuna təsadüf edib.

O, “Araz-Naxçivan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer liqada 2018/19 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ” forması geyinib.

Abdullah bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Həmin kateqoriyadan