- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

BƏƏ-nin paytaxtı Əbu-Dabidə beynəlxalq şahmat federasiyasının rəhbər heyətinin toplantısı keçirilir. Allsport.az saytı xəbər verir ki, iclasda iddiaçılar turnirinin püşkatması olub. Mərasimdə ölkəmizi AŞF-in prezidenti Mahir Məmmədov təmsil edib.
Püşkə əsasən Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçımız ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Əlirza Firuzcaya qarşı oynayacaq. “Şahmat tacı”na iddiaçıların yarışı iyunun 16-dan iyulun 7-dək Madriddə keçiriləcək.
Qalib dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.