Əhməd Cavadın xatirəsinə şahmat turniri keçirilib

Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə görkəmli şair-publisist, dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın doğum gününə onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırması olub.

Allsport.az saytı xəbər verir ki, BŞGİBİ-nin rəisi Raqif Abbasov, şairin nəticəsi Cavad Axundzadə, gəncliyə yardım fondunun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Eldar Kərimov, “İDEA” şahmat klubunun direktoru, turnirin baş hakimi Fidan Talıbova və qalib şahmatçılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib. Əhməd Cavadın nəticəsi Cavad Axundzadə onlayn şahmat turnirinin babasının xatirəsinə həsr olunmasından məmnunluğunu ifadə edib.

“Tariximizin dahiləri” kitabının müəllifi Qoşqar Abbas şairin ömür yolundan, yaradıcılığından danışıb. O, kitablarını qalib şahmatçılara hədiyyə edib.

Şahmat turnirində ümumi hesabda Ədalət Umudov, Şəms Fərzəli 1-ci yeri tutublar. Allahverdi Həmidov 2-ci, Ayan Allahverdili 3-cü olublar.

Həmin kateqoriyadan