Əhmədiyyə Cəbrayılovun 100-illiyi münasibəti ilə şahmat turniri

Oktyabrın 3-4-də şahmat federasiyasının dəstəyi, “Təhsil” RİM-in təşkilatçılığı ilə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100-illik yubileyinə şahmat turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, chess.com internet portalı üzərindən keçiriləcək turnir seçmə və final mərhələlərindən ibarət olacaq. Seçmə mərhələdə beynəlxalq reytinqi 1799-dək olan şahmatçılar iştirak edəcəklər.

Bu mərhələdə ilk 30 yeri tutan şahmatçı final mərhələsinə vəsiqə qazanacaq. Beynəlxalq reytinqi 1800-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində mübarizə aparacaq.

Respublika şahmat turnirində ümumi hesabda ilk 3 yeri tutmuş şahmatçılar “Təhsil” RİM-in müvafiq dərəcəli diplom və medalları, birinci yeri tutmuş şahmatçılar isə əlavə olaraq kubok ilə mükafatlandırılacaqlar.

Bundan əlavə, ən yüksək nəticə göstərmiş 3 qız və 12 yaşadək şahmatçılar arasında medalçılar müvafiq dərəcəli diplom və medalla təltif olunacaqlar.

Həmin kateqoriyadan