- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
19-22 dekabrda Birləşmiş Ərəb Əmirliyinin Əl Eyn şəhərində şahmatçılar arasında beynəlxalq turnir təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, həmin yarışda ölkəmizdən 22 idmançı mübarizə aparmağı planlaşdırır.
Hazırda bu rəqabətdə 98 iştirakçı qeydiyyatdan keçib. Bunlardan 81-i FİDE-nin müxtəlif beynəlxalq dərəcələrinə sahibdirlər.
Yarışın ən reytinqli şahmatçıları həmyerlimiz olacaq. Kişilərdən Nicat Abbasov (2509), qadınlarda Xəyalə Abdulla (2299) xal hesabında hamını qabaqlayırlar.