- Baxış sayı: 30
- 24 Mart 2026 18:39
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Futbol üzrə Ukrayna və Litva yığmaları arasında yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, bu qarşılaşmanı azərbaycanlı hakimlər idarə ediblər.
Baş hakim funksiyasını FİFA referimiz Əliyar Ağayevin həyata keçirdiyi qarşılaşmada qapılara qol vurulmayıb – 0:0. Azərbaycanlı hakim Ukrayna yığmasının heyətində Anatoli Timoşukla Yevgeni Konoplyankaya, qonaqlardan isə Georgas Fredqeymasa sarı vərəqə göstərib.
Qeyd edək ki, Əliyara bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Namiq Hüseynov kömək edib.