- Baxış sayı: 56
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Allsport.az saytı 1985-ci ildə şahmat tacı uğrunda rusiyalı Anatoli Karpov ilə Bakı məktəbinin yetirməsi Harri Kasparov arasında matçın baş hakimi Yuri Averbax tərəfindən görüşün maraqlı təfərrüatlarını təqdim edir:
“Bir məqam var idi – tamaşaçılar çox aydın şəkildə qaraşın və sarışınlara bölünürdü. Sarışınlar Karpovu dəstəkləyirdilər. Sonra Qafqazdan Moskvaya ezamiyyətlərin sayı kəskin artdı. Şahmatçılar səhnəyə çıxanda, həmişə alqış sədaları eşidilirdi. Kasparov Karpovdan daha çox və ucadan alqışlanırdı. Onda mənə elan vermək tapşırıldı – oyundan əvvəl alqışlar qadağandır.
Oyundan sonra əl çalın. Nəşrlərin redaktorları mərkəzi komitəyə çağırıldı və onlara deyildi ki, iştirakçılar haqqında məlumat əlli-əlliyə olmalıdır. Heç kimə üstünlük verilməməlidir. Əliyev Kasparovu, MK-nın təbliğat üzrə katibi isə Karpovu dəstəkləyirdi.
Həmin matçın ən yadda qalan günü isə Dünya şahmat federasiyasının prezidenti Florensio Kampomanesin qəfildən gələrək, görüşü dayandırması oldu. Bütün qaydalara zidd olaraq. Karpov dözümlü çıxmadı, otuz oyundan sonra kəskin eniş yaşadı. Onlar var gücləri ilə onu diriltməyə çalışdılar, lakin heçnə alınmadı. Onu peparatlarla doldursalar da”.