- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Hövsanda yerləşən fövqalədə hallar nazirliyinin idman kompleksində yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi sona çatıb. Allsport.az saytı xəbər verir ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparıb.
Gərgin tutaşmalarda Samir Əlquliyev (46 kq), İslam Rəhimov (50 kq), Əli Hacıyev (55 kq), Əlihümbət Qafarov (60 kq), Vüsal Qələndərzadə (66 kq), Nahid İsmayılov (73 kq), Vüqar Talıbov (81 kq), Hüseyn Dadaşov (90 kq) və Məhəmməd Məmmədzadə (+90 kq) hamıdan güclü olublar.
Qızlarda Xumar Qasımzadə (40 kq), Nigar Şahməmmədova (44 kq), Könül Əliyeva (48 kq), Səbinə Qədirova (52 kq), Fidan Əlizadə (57 kq), Pərvanə Abdullayeva (63 kq), Emilya Mirzəyeva (70 kq) və Nərmin Əmirli (+70 kq) bütün rəqiblərinə qalib gəliblər.