- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Polşa paytaxtı Varşavada şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 12 nəfər təmsil edib.
Kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə çıxış edib. Onlardan ən yaxşı nəticəni adı ilk təmsilçimiz göstərib. “Şah” 9 xalla 8-ci olub.
Qadınlarda Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparıblar. Xanımlardan ən yaxşı nəticəyə adı 4-ü çəkilən şahmatçımız nail olub. Gülnar 7,5 xalla 12-ci yer tutub.