Əsas kişi komandamız ilk məğlubiyyətini yaşadı

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında 5-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, bu gün kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşıb və yarışda ilk məğlubiyyətini alıb. 2-ci millimiz yenə inamlı təsir bağışlayıb.

 

Kişilər, V tur

Azərbaycan-1 (2705) – Hindistan (2651) – 1:3

Şəhriyar Məmmədyarov (2761) – Pentala Harikrişna (2752) – 0:1
Teymur Rəcəbov (2722) – Baskaran Adhiban (2671) – 0,5:0,5
Arkadi Naydiç (2696) – Santoş Vidit (2669) – 0:1
Eltac Səfərli (2666) – Panayapan Seturaman (2640) – 0,5:0,5

Azərbaycan-2 (2576) – Türkmənistan (2416) – 4:0

Vasif Durarbəyli (2612) – Yusup Atabayev (2453) – 1:0
Nicat Abasov (2552) – Saparmurat Atabayev (2406) – 1:0
Qədir Hüseynov (2625) – Handjar Odeyev (2401) – 1:0
Namiq Quliyev (2577) – Merqen Kakabayev (2338) – 1:0

Zimbabve (2256) – Azərbaycan-3 (2350) – 2,5:1,5

Rodvell Makato (2405) – Vüqar Əsədli (2406) – 0:1
Mandija Faray (2363) – Nail Bəşirli (2387) – 1:0
Emarald Muşore (2187) – Abdulla Qədimbəyli (2294) – 0.5:0.5
Elişa Çimbamu (2114) – Məhəmməd Muradlı (2331) – 1:0

IV turdan sonra yarış cədvəli: 1.Çin, 2.Azərbaycan-1, 3.Niderland, 4.Hindistan, 5.Belarus, 6.Ukrayna – 8 xal;… 27.Azərbaycan-2 – 6;…71.Azərbaycan-3 – 4.

Həmin kateqoriyadan