- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Bu gün Ümumdünya Şahmat Olimpiadasında 6-cı turunun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq. 2-cilər Rumıniya, 3-cü yığmamız Qana ilə üz-üzə gələcək.
5 turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik 2-ci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur. Turnir cədvəlinə maksimum nəticə göstərən Niderland, Ukrayna və Hindistan komandaları başçılıq edirlər.
Qadınlarda rəqibimiz Gürcüstandır. 2-ci millimiz Çex Respublikası, 3-cülər Çilini sınağa çəkəcək. Bu gün əsas diqqət Ukrayna – Rusiya görüşünə yönələcək.
Qadınlardan ibarət əsas komandamız 5 turdan sonra 9 xalla 5-ci pillədədir. 2-ci yığma 6 xalla 39-cu, 3-cü 5 xalla 61-cidir. Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya 3-cü, Çin 4-cüdür.