- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, bu gün AVF-nin idman zalında ilk olaraq meydana üçüncülük uğrunda yarışan “Ryuga” və “Murov-2” klubları çıxıblar.
Görüşə daha yaxşı başlayan “Ryuga” ilk seti 25:22 hesabı ilə öz xeyrinə başa vurub. Sonradan rəqibinə daha ciddi müqavimət göstərən “Murov-2” növbəti hissədə 25:23 hesabı ilə qələbə qazanıb. Sonrakı setləri “Ryuga” və “Murov-2” müfaviq olaraq 25:23 və 25:10 hesabları ilə qalib başa vurublar. Matçın taleyinə isə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə daha üstün oyun nümayiş etdirən “Ryuga” 15-9 hesabı ilə qələbə qazanıb.
Beləliklə, qarşılaşmada 3:2 hesabı ilə qalib gələn “Ryuga” I Liqanın bürünc medalına sahib çıxıb.
Daha sonra final oyunu start götürüb. Çempionun bəlli olduğu bu matçda “Xarı bülbül” və “Azərreyl-2” kollektivləri üz-üzə gəliblər. Bu görüş də maraqlı mübarizədə keçib. İlk setdən daha yaxşı oyun nümayiş etdirən “Xarı bülbül” 2:0 (25:22, 25:19) hesabı ilə irəli keçib. Sonradan “Azərreyl-2” təşəbbüsü yiyələnərək növbəti hissəni 25:15 hesabı ilə aktivinə yazdırıb. Lakin “Xarı bülbül” üstünlüyü yenidən ələ keçirib və dördüncü setdə 26:24 hesabı ilə qalib gəlib. Bununla da “Xarı bülbül” I Liqanın qızıl medalını qazanıb.
Bu komandaların mükafatlandırma mərasimi kişi voleybolçuların I Liqası başa çatdıqdan sonra eyni gündə keçiriləcək.
1-ci liqa
Bürünc medal uğrunda
“Ryuqa” – “Murov-2” 3:2 (25:22, 23:25, 25:23, 10:25, 15:9)
Final
“Xarı bülbül” – “Azərreyl” 3:1 (25:22, 25:19, 15:25, 26:24)