Cüdo üzrə paytaxt birinciliyinə yekun vuruldu

FHN-in Hövsanda yerləşən olimpiya idman mərkəzində 15 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyi başa çatıb.

Allsport.az xəbər verir ki, yarışda 638 cüdoçu mübarizə aparıb. Paytaxtın 62 klubunu təmsil edən kiçikyaşlı yeniyetmə cüdoçular qalib adı uğrunda yarışıblar.

Birinciliyin 2-ci günü oğlanlar arasında 5, qızlar arasında isə 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Qalibləri sizə təqdim edirik:

-38 kq Musayev Məhəmməd
-50 kq Şamil Tunca
-55 kq Namazov Davud
-66 kq Əliyev Ramal
+73 kq Əhmədov Ramazan

Qızlar
-44 kq Hacıyeva Vüsalə
-48 kq İsmayılova Fatimə
-57 kq Gülməmmədova Gülnarə
+63 kq Sadıqova Jalə.

Həmin kateqoriyadan