- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Bu gün Fransanın Vandevr şəhərində şahmatçılar arasında beynəlxalq açıq turnir start götürür.
Allsport.az saytı xəbər verir ki, yarışda 203 idmançı, o cümlədən 17 qrossmeyster iştirak edir. Azərbaycanı təmsil edən Namiq Quliyevin (2557) rəqibləri yerli şahmatçılarla yanaşı, Ukrayna, Hindistan, Türkiyə, Latviya, Almaniya, Rusiya, Belçika və digər ölkələrin təmsilçiləri olacaq.
Ukraynalı Sergey Fedorçuk turnirin favoriti sayılır. Yarış İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.